Mis ionları ilə hopdurulmuş maskalar koronavirus hissəciklərinin 99,9%-ni məhv edir
Britaniyalı alimlər koronavirusa yoluxmanın qarşısını almaq üçün ucuz və sərfəli bir vasitə aşkar ediblər. Onlar idmançılar üçün qoxu əleyhinə vasitə və "COVID-19"un virus təbiəti arasında bir paralel aparıblar. Cüzi miqdarda misdən istifadə etməklə virusa qalib gəlmək mümkün olduğu məlum olub.
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, Britaniyanın "Copper Clothing" startapı xoşagəlməz qoxu əleyhinə daxili qoruma sisteminə malik parça və hazır geyimlər, idman uniforması və alt paltar istehsalı ilə məşğul olur. Daxili qoruma sistemi mikroorqanizmlərin inkişafına mane olan misin antibakterial xüsusiyyətlərindən istifadə edir. Bu təsir qədim zamanlardan məlumdur: mis ərintilərindən hazırlanmış qab-qacaq, tibbi alətlər və hətta qapı cəftəsi patogen orqanizmlərin ötürülməsində iştirak etmir.
Mis ionları ilə hopdurulmuş geyim mikrobları məhv edir və qoxunu təmizləyir. Təcrübələr göstərib ki, mis baryeri "COVID-19"u uğurla məhv edir. Bundan başqa, "Copper Clothing" startapından bildirilib ki, onların mis ionları ilə hopdurulmuş yeni parçası onun üzərinə düşən bütün mikroorqanizmlərin 99,9 %-ni məhv edir.
Emil Hüseynov
Baxış sayı: 509
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet