“Huawei MatePad 10.8” planşeti “Kirin 990” prosessoru ilə təchiz edilib
Çinin telekommunikasiya nəhəngi "Huawei" istifadəçilərə barmaqlar və "M-Pencil" qələmi vasitəsilə işləməyə imkan verəcək "MatePad 10.8" planşet kompüterini buraxılışa hazırlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğu 2560 × 1600 piksel təsvir ölçülü "2К" formatlı 10,8 düymlük ekranla təchiz edilib. Ön kamera 8 meqapiksellik, arxa kamera isə 13 meqapiksellik sensor əsasında hazırlanıb.
Planşet "Kirin 990" prosessoru üzərində qurulub. Çipə səkkiz nüvə (dörd Cortex-A76 və dörd Cortex-A55), "Mali-G76" qrafik sürətləndiricisi və "NPU" neyroprosessor modulu daxildir. Operativ yaddaş tutumu 6 giqabayt təşkil edir.
Planşet 64 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi 6" simsiz rabitə adapteri, "NFC" kontrolleri, eləcə də dörd dinamikli "Harman Kardon" audiosisteminə malikdir.
Enerji 7500 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir. Əlavə çexol klaviatura qurğudan kiçik noutbuk rejimində istifadəyə imkan verəcək.
Mobil rabitə şəbəkəsini dəstəkləyən və dəstəkləməyən modifikasiyalarda təklif olunacaq "Huawei MatePad 10.8" modelinin başlanğıc qiyməti 330 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet