“Samsung”un smartfonları “Google”dan daha çox asılı olacaq
“Android”in əsas üstünlüklərindən biri əməliyyat sisteminin açıq olması hesab edilir. Bunun sayəsində hər bir istehsalçı istifadəçilərə öz qurğularında unikal bir təcrübə təklif edə bilər. Məsələn, “Samsung” öz xidmət və proqramlarını aktiv tanıdır, amma bu, tezliklə dəyişə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Bloomberg” nəşrinin məlumatına görə, “Google” şirkəti Cənubi Koreyanın “Samsung” şirkətinin istehsalı olan qurğularda öz xidmətlərini irəli çəkmək üçün sonuncu ilə danışıqlar aparır. Məsələn, “Samsung”un smartfon və planşetlərində "Google Search", "Google Assistent" və “Google Play” xidmətləri “Bixby” virtual köməkçisi və “Galaxy Store” mağazası ilə müqayisədə sistemə daha çox inteqrasiya ediləcək. Gələcəkdə bu, brauzer daxil olmaqla, sağlamlığın izlənilməsi proqramı və başqa proqramları da əhatə edə bilər. Mənbənin məlumatına görə, “Google” şirkəti “Samsung”un qurğularında öz xidmətlərini tanıtmaq üçün pul ödəyəcək, amma razılaşmanın dəyəri açıqlanmayıb.
Emil Hüseynov
Baxış sayı: 2770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet