12px13px15px17px
Tarix:30/07/20

“Sony” televizorları “PlayStation 5” qurğusunu dəstəkləyəcək

"Sony Electronics" şirkətinin televizorları "PlayStation 5" oyun qurğusu üçün rəsmən hazır olub. Yeni "Ready for PlayStation 5" sloqanı istehlakçılar üçün buraxılışı gözlənilən "PlayStation 5" oyun qurğusu üçün optimal televizor seçimini asanlaşdırmaq məqsədilə "Sony Interactive Entertainment" (SIE) ilə əməkdaşlıqda yaradılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Ready for PlayStation 5" seriyasının tərkib hissəsi olacaq ilk "Sony" televizorları siyahısına "X900H 4K HDR Full Array" və "Z8H 8K HDR Full Array LED" modelləri daxildir. "X900H" modeli "4K" təsvir ölçülü görüntünü saniyədə 120 kadr tezliyində 7,2 millisaniyəlik ən aşağı yubanma ilə göstərməyə imkan verir.

 

"Z8H 8K HDR Full Array LED" televizoru "4K" təsvir ölçülü görüntünü saniyədə 120 kadr tezliyində göstərməklə yanaşı, "8K" formatını dəstəkləyir. "Sony" nümayəndələrinin sözlərinə görə, hər iki televizor yüksəkkeyfiyyətli və rəvan görüntü təklif edəcək.

 

"Ready for PlayStation 5" sertifikatı alacaq "Sony" televizorları minimal yubanmanın aktiv olunduğu oyun rejimi ilə təchiz olunub. Bundan başqa, istifadəçilər televizor pultundan istifadə edərək "DualSense" oyun kontrollerindən eyni anda həm "PlayStation 5", həm də televizoru işə salaraq oyun qurğusunu idarə edə biləcəklər.

 

Nizam Nuriyev





Baxış sayı: 163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Avqust 2020

08 08 2020

08/08/20
Dünyada ilk “6G” şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

Cənubi Koreya hökuməti ölkədə “5G” şəbəkələrinin real işləmə sürətini açıqlayan hesabatın

08/08/20
“iPhone 12” haqqında yeni təfərrüatlar məlum olub

“iPhone 12” komponentlərinin istehsalçıları istehsalda problemlə üzləşiblər