12px13px15px17px
Tarix:04/08/20

“Realme” ən ucuz “5G” smartfon buraxıb

“Realme” brendi Çində “Realme V5” adlı smartfonu rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Realme V5” beşinci nəsil mobil rabitə şəbəkələrində 6 QHs tezlik diapazonunda işi dəstəkləyən 7 nanometrlik texnoloji proses üzrə buraxılan “MediaTek Dimensity 720” çipi üzərində işləyir. Onun səkkiz hesablama nüvəsinin ikisi 2 QHs tezlikli iritutumlu “ARM Cortex-A76”, qalan altısı nisbətən qənaətcil “ARM Cortex-A55” nüvəsidir. Operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Həmçinin “microSD” kartları üçün çıxış nəzərdə tutulub.

 

6,6 düym diaqonallı “IPS LCD” ekran smartfon ön panelinin 90,7 faizini əhatə edir və “FullHD plus” təsvir ölçüsünə malikdir. Fərqləndirici cəhət tezliyin 90 giqahersədək dəyişməsinin dəstəklənməsidir ki, bu da smartfon interfeysini istifadədə daha sürətli və rəvan edir. Ekranın sağ küncündə 16 meqapiksellik ön kamera üçün nəzərdə tutulan kəsik yerləşir.

 

Arxa fotomodulların sayı dördə bərabərdir. “Realme V5” modeli “USB-С” portu vasitəsilə 30 vatlıq sürətli enerjidoldurma dəstəyinə malik 5 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Batareya sıfırdan 100 faizədək 65 dəqiqəyə doldurulur. 6 giqabaytlıq operativ yaddaşlı variant Çində avqustun əvvəlində 1499 yuana (214 dollar) çıxarılacaq. 8 giqabaytlıq versiyanın qiyməti 273 dollar təşkil edəcək.

 

“Realme V5” satışa çıxarılan zaman dünyada “5G” dəstəkli ən ucuz smartfon olacaq. Bu göstəriciyə görə əvvəlki lider – Avropada yazda satışa çıxarılan “Xiaomi Mi 10 Lite” modelinin 64 giqabaytlıq versiyasının qiyməti 350 avroya bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024