“Google” şirkəti “Pixel 4A” smartfonunu təqdim edib
“Google” şirkəti “Pixel 4A” adlı ən ucuz smartfonunu təqdim edib. Ucuz olmasına baxmayaraq, yeni smartfon böyük modelin qabaqcıl kamerası, həmçinin 5,8 düymlük “OLED” displey və “Qualcomm” prosessorla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Pixel 4a” qurğusunun əsas kamerası 12,2 mp-lik sensora malikdir. 1,4 mikrometr piksel ölçüsünə malik matris f/1.7 işığa həssaslıq göstəricisi və optik sabitləşmə sistemi ilə təchiz edilib. Quraşdırılmış linzalar 77°-lik baxış bucağı təmin edir. “Google”un nümayəndəsi əmin edir ki, smartfon saniyədə 30 kadr olmaqla 4K təsvir ölçülü video çəkmək imkanına malikdir. Həmçinin yenilik “Live HDR ”, “Super Res Zoom” və “Night Sight” rejimlərini dəstəkləyir.
“Pixel 4A” smartfonu “Snapdragon 730G” platforması ilə işləyir. Yeni qurğu 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. OLED displeyin təsvir ölçüsü 2340x1080 piksel təşkil edir. İstehsalçı sol yuxarı küncdə 8 mp-lik ön kamera yerləşdirib.
“Google” şirkəti “Pixel 4a” cihazında audio konnektoru saxlayıb. Qurğunun arxa tərəfində barmaq izləri skaneri yerləşdirilib. Gücü 18 vattadək olan sürətli enerjidoldurma texnologiyasından istifadə edən daxili akkumulyatorun tutumu 3140 milliamper/saat təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 808
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet