12px13px15px17px
Tarix:04/08/20

Planşet bazarında artım qeydə alınıb

Qlobal planşet kompüterləri bazarında iki rüb azalmadan sonra artım qeydə alınıb. 2020-ci ilin aprel-iyun aylarında bu avadanlığın tədarükü 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 38,6 milyona yaxınlaşıb. “International Data Corporation” (IDC) analitiklərinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məlumata görə, bir çox ölkələrdə karantin rejiminin və özünü təcridetmə tədbirlərinin tətbiqi planşetlərə tələbatı yüksəldib. Bazarda “iPad” planşetinə tələbat əvvəlki kimi yüksəkdir. 2020-ci ilin ikinci rübündə “Apple” planşetlərinin tədarük həcmi 12,4 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,3% daha çoxdur.

 

Nisbətən ucuz qiymət və klaviaturanın qoşulması imkanına malik 10,2 düymlük displeyli model ən populyar “iPad” modeli olaraq qalır. Araşdırmaya görə, yeni nəsil “iPad Air” və “iPad Pro” planşetləri də yaxşı satılır.

 

Dünyada ən böyük planşet kompüterləri istehsalçıları siyahısında ikinci yeri “Samsung” şirkəti tutur. Cənubi Koreya şirkətinin tədarük həcmi 7 milyon təşkil edib, 42,5%-lik artım qeydə alınıb. Nəticədə Cənubi Koreya istehsalçısına məxsus bazar payı 15,1%-dən 18,1%-dək yüksəlib.

 

Reytinqdə üçüncü yeri tutan “Huawei” şirkətinin tədarük həcmi 4,8 milyona bərabər olub, artım 43,5% olub. Nəticədə Çin şirkətinin bazar payı 10,3%-dən 12,4%-dək yüksəlib. Qoşulan klaviaturalara malik “Android” planşetləri “Huawei” şirkətinə uğur gətirib.

 

Emil Hüseynov





Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024