12px13px15px17px
Tarix:05/08/20

“iPhone 12” smartfonu hissə-hissə buraxılacaq

Yeni “Apple” smartfonları satışa hissə-hissə çıxarılacaq. Bu barədə “MacRumors” nəşrinin “DigiTimes” qəzetinin hesabatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, əvvəlcə satışa smartfonun 6,1 düymlük ekrana malik iki versiyasının, daha sonra 5,4 və 6,7 düymlük qurğuların çıxarılması nəzərdə tutulur. Bunu qurğular üçün “SLP” komponentlər istehsalçısının tədarük müddətində görmək olar. Məlumata görə, 6,1 düymlük “iPhone” modelləri üçün komponentlərin tədarükünə artıq başlanılıb, qalan qurğular üçün detalların buraxılışına avqustun sonunda başlamaq planlaşdırılır.

 

Mənbənin qiymətləndirməsinə görə, bu il “iPhone” üçün komponent hissələr nisbətən gec tədarük ediləcək – yubanma 2-4 həftə təşkil edəcək. Bu, öz növbəsində smartfonların satışa çıxarılma müddətinə təsir göstərəcək.

 

Payızda “Apple” şirkəti tərəfindən “OLED” ekranlı və “5G” dəstəkli dörd qurğunun təqdim ediləcəyi gözlənilir.

 

İyulun sonunda “Apple” yeni “iPhone” modellərinin buraxılışının yubanacağını təsdiqləyib. Şirkət yubanmanın səbəbini açıqlamayaraq “iPhone 12” seriyalı smartfonların oktyabrda satışa çıxarılacağını bəyan edib.

 

Nizam Nuriyev





Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024