“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) "Evədək optika" layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib.
Artıq həyət evlərinin sahibləri də fiber-optik xətlərin verdiyi üstünlüklərdən yararlana biləcəklər.
Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.
Daha çox sakinə xidmət göstərilməsi məqsədilə yaxın zamanda qəsəbənin bütün ərazisinin fiber-optik xətlərlə təchiz olunması nəzərdə tutulur.
Eyni zamanda "Evədək optika" layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Baktelecom" tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.
Qeyd edək ki, layihə GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir. Texnologiya eyni vaxtda bir fiber-optik xətt üzərindən bir neçə rəqəmsal xidmətin abunəçinin evinə ötürülməsinə imkan yaradır.
Baxış sayı: 542
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet