Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə işçi qrupunun növbəti – 5-ci iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.
Üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı virtual tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Regional İnnovativ Texnologiyalar Akademiyasının nümayəndələri təmsil ediblər.
Tədbirdə Bakı Zirvə Toplantısında (18-19 iyun 2007-ci il) GUAM Dövlət Başçıları Şurasının qəbul etdiyi, təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasının icrasının müzakirəsi aparılıb.
Həmçinin, üzv ölkələr arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, rəqəmsal iqtisadiyyatın və informasiya cəmiyyətinin, eləcə də innovasiya ekosistemlərinin inkişafı sahəsində təcrübə mübadiləsi mövzuları müzakirə predmeti olub.
Tədbirdə “COVID-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq İKT, kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.
Baxış sayı: 496
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet