12px13px15px17px
Tarix:07/08/20

“TikTok” Avropada ilk data mərkəzi açacaq

"TikTok" servisinin sahibi Çinin "ByteDance" şirkəti Avropa ərazisində ilk data mərkəzinin açılması ilə bağlı planlarını açıqlayıb. İrlandiyada yerləşəcək mərkəz servisin Avropa istifadəçilərinin bütün məlumatlarını emal edərək saxlayacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, layihəyə yatırılan investisiyaların məbləği 420 milyon avro təşkil edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, data mərkəzi ölkədə bir neçə yüz yeni iş yeri yaratmağa, məlumatları daha yaxşı qorumağa və Avropa istifadəçiləri üçün məlumatların yüklənmə vaxtını azaltmağa imkan verəcək. Mərkəzin açılışı 2022-ci ilin əvvəlinə planlaşdırılır.

 

ABŞ və Çin arasında ticarət mübahisəsi şəraitində 100-140 milyard dollar dəyərində qiymətləndirilən dünyanın ən bahalı startapı "ByteDance" ABŞ hakimiyyətinin hədəfinə tuş gəlib. Belə ki, Çin şirkəti ABŞ vətəndaşlarına məxsus məlumatları Çinə göndərməkdə və istifadəçiləri izləməkdə şübhəli bilinir.

 

Biznesin bir hissəsini satan və Avropada data mərkəzi açan "ByteDance" casusluqla bağlı şübhələri aradan qaldırmaq niyyətindədir. Hazırda "TikTok"un beynəlxalq istifadəçi məlumatları ABŞ və Sinqapur serverlərində saxlanılır. Bundan əlavə, şirkət ABŞ hüdudlarından kənarda mənzil-qərargah açmaq imkanını nəzərdən keçirir.

 

Nizam Nuriyev





Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024