12px13px15px17px
Tarix:07/08/20

Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

 

Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi "İncəsənət xadimləri" mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanmış markanın üzərində şairin qrafik portreti təsvir edilib.

 

"Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarus Respublikasında 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

 

 

 





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024