12px13px15px17px
Tarix:14/08/20

“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib. Bu proqram gözdən əlillərə və görmə qabiliyyəti zəif olanlara smartfonun köməyi ilə hərəkət etməyə imkan verir. Lakin o, əvvəllər yalnız “Pixel” telefonlarını və yalnız ingilis dilini dəstəkləyirdi. İndi şirkət fransız, italyan, ispan və alman dillərini, həmçinin iki yeni iş rejimini əlavə edib. Bundan başqa, mobil proqram dəstəklənən “Android” qurğularının siyahısını xeyli genişləndirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “Food Label” adlı rejim istifadəçiyə paketdəki məhsulu müəyyənləşdirməkdə kömək edir – bunun üçün telefonun kamerasını məhsulun adına tərəf tutmaq kifayətdir.
 
“Scan Document” adlı ikinci rejim istənilən məktub və ya sənədin şəklini çəkməyə, onu deşifrə etməyə və istifadəçiyə ucadan oxumağa imkan verir. Təkmilləşdirilmiş alqoritm böyük həcmli mətnləri skan etməyə imkan verir.
 
Yenilənmiş “Lookout” proqramının böyük üstünlüyü odur ki, indi o, yalnız “Google Pixel” telefonlarına bağlı deyil.
 
Emil Hüseynov




Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024