12px13px15px17px
Tarix:15/08/20

RRB-nin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib

Regional Rabitə Birliyinin (RRB) Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib.
 
“COVID-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunmuş iclasda MDB ölkələrində fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri iştirak ediblər. Müzakirələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Baş direktoru Suat Paşayev də qatılıb. 
 
İclasda ötən ilin nəticələri müzakirə olunub, növbəti il üçün inkişaf planları və qarşılıqlı fəaliyyət hədəfləri müəyyən edilib.
 
Eyni zamanda, pandemiya dövründə görülən işlərdən, “IoT (Internet of Things – Əşyaların interneti)” texnologiyası üzrə əməkdaşlıq məsələlərindən danışılıb.
 
Qeyd edək ki, əsası 1991-ci ildə qoyulan Regional Rabitə Birliyinin başlıca fəaliyyət istiqaməti iştirakçı ölkələrin İKT sahəsində qarşılıqlı və faydalı əməkdaşlığının qurulması, informasiya mənbələrinin mübadiləsi, onların qlobal informasiya cəmiyyətinə uğurlu inteqrasiyasını təmin etməkdən ibarətdir.






Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024