12px13px15px17px
Tarix:17/08/20

Hindistan Çinin “TikTok” video xidmətinin analoqunu istifadəyə verib

Xatırladaq ki, Çinin populyar “TikTok” video xidməti bir müddət əvvəl Hindistanda qadağan edilib. “Bloomberg”in məlumatına əsasən, indi ölkədə “TikTok” xidmətinin “HiPi” adlı analoqu istifadəyə verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni “HiPi” platforması Hindistanın “Zee5” xidmətinin əməkdaşları tərəfindən işlənib hazırlanıb. Yeni platformanın köməyi ilə hindistanlı istifadəçilər həm 90 saniyəlik qısamüddətli çarxlar yerləşdirə, həm də onları izləyə bilərlər. Məlumata görə, yeni xidmətdə çarxların müəllifi yalnız adi istifadəçilər deyil, həm də məşhurlar ola bilərlər. “Zee5” xidmətinin rəhbəri Taruna Katiala deyib ki, yeni platformanın istifadəyə verilməsi bu yaxınlarda “TikTok”un bloklanması ilə bağlı deyil.
 
Emil Hüseynov



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024