12px13px15px17px
Tarix:18/08/20

“Microsoft” korporasiyası “Internet Explorer 11” brauzerinin dəstəyini dayandırır

“Microsoft” korporasiyası “Internet Explorer 11” brauzerinin dəstəyinin dayandırılması haqqında bəyanat dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 30 noyabr 2020-ci il tarixində populyar “Microsoft Teams” xidməti “Internet Explorer 11” brauzerini dəstəkləməyi dayandıracaq. 2021-ci il avqustun 17-dən etibarən, həmçinin “Microsoft 365” paketi “IE 11” brauzerini dəstəkləməyəcək.
 
“Microsoft”un nümayəndələrinin sözlərinə görə, onlayn dəstəyin dayandırılması onu bildirir ki, istifadəçilər bəzi funksiyaların işləməməsi və ya xidmətlərin qeyri-sabit işləməsi kimi hallarla üzləşə bilərlər.
 
Brauzerin 11-ci versiyası 2013-cü ilin oktyabrında “Windows 8.1” əməliyyat sisteminin çıxarılması ilə birgə təqdim edilib. “Microsoft”un nümayəndələri onlayn dəstəyin dayandırılmasını veb-standartların mühüm dəyişikliyi və daha müasir “Microsoft Edge”yə keçidlə izah ediblər.
 
Emil Hüseynov




Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024