12px13px15px17px
Tarix:20/08/20

“Android 13” sistemli ilk smartfonlar açıqlanıb

“Samsung” şirkəti üç il ərzində “Android” əməliyyat sistemi yeniləməsi ilə təchiz ediləcək smartfonların siyahısını dərc edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, şirkət milyonlarla “Samsung” qurğusuna şamil ediləcək üçillik yeniləmə dövrünü istifadəyə verib. Buraxılışdan üç il sonra “Galaxy S” və “Galaxy Note” seriyalı qurğular, o cümlədən “Galaxy S20”, “S20 plus”, “S20 Ultra 5G”, “Galaxy Note20”, “Note20 Ultra” sistem yeniləməsi ilə təchiz ediləcək. Yeniləmələr, həmçinin 2019-cu ildə buraxılan qurğulara – “Galaxy S10”, “S10 plus”, “S10e”, “S10 Lite”, “Note10”, “Note10 plus”, “Note10 Lite” smartfonlarına göndəriləcək.
 
“The Verge” saytının jurnalistlərinin fikrincə, “Android” əməliyyat sistemi seriyasının adının dəyişməyəcəyi təqdirdə qeyd olunan qurğular “Android 13” sistemi ilə təchiz edilən ilk smartfonlar olacaq. “Android 13” əməliyyat sisteminin buraxılışı 2022-ci ildə gözlənilir.
 
Bundan başqa, Cənubi Koreya brendi tərəfindən təqdim edilən bütün qatlanan qabaqcıl qurğular – “Galaxy Fold”, “Z Fold2”, “Z Flip” və s. dəstəklənəcək. Bundan əlavə, “Samsung” üçillik yeniləmə proqramını “Galaxy Tab S7”, “Tab S7 plus”, “Tab S6” və “Tab S6 Lite” planşetləri üçün genişləndirib.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, üçillik yeniləmə siyasəti “Galaxy A” seriyalı qurğulara da aiddir. “2022-ci ildə aktual “Android” versiyası “Galaxy A51”, “A51 5G”, “A71”, “A71 5G” və “A90 5G” üçün istifadəyə veriləcək”, – onlar vurğulayıb.
 
“Samsung” şirkəti “Galaxy” sahiblərinə ən son mobil texnologiyalardan tam istifadə imkanı təqdim etməyə çalışır”, – şirkətin baş vitse-prezidenti Canhen Yun bildirib. O qeyd edib ki, “Samsung” şirkəti “Galaxy” məhsullarının istifadə müddətini uzatmaq və sadə və təhlükəsiz istifadəçi təcrübəsi təqdim etmək üçün üç nəsil “Android” yeniləməsini dəstəkləyir.
 
Nizam Nuriyev




Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024