12px13px15px17px
Tarix:24/08/20

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) yeni tədris ilinin başlanması ilə əlaqədar mənzillərin və fərdi evlərin telekommunikasiya xidmətləri ilə təminatını sürətləndirib.
 
Qurum yeni və köhnə binalarla yanaşı, fərdi evlərdə də “Evədək optika” layihəsinin icrasını davam etdirir.
 
Paytaxtın Suraxanı rayonu, Hövsan yolu Qum adasında yerləşən yeni yaşayış massivində optik şəbəkənin inşası artıq yekunlaşıb. İnternet avadanlıqları ilə pulsuz təchiz edilən 100-dək ailənin yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanıb.
 
Eyni zamanda bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı sakinlərin marağına səbəb olub. Belə ki, onlar üçün sərfəli şərtlərlə “1 xətt – 3 xidmət” paketinə qoşulma fürsəti yaradılıb.
 
Növbəti mərhələdə yeni rabitə infrastrukturunun Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində qurulması nəzərdə tutulur.
 
Xatırladaq ki, “Evədək optika” layihəsi müasir standartlara cavab verən GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksək keyfiyyətli xidməti təmin edir. 

































Baxış sayı: 470

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024