Tarix:24/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, ekspert “HarmonyOS” sistemli ilk smartfon haqqında ətraflı məlumatın sentyabrın 10-12-də keçiriləcək “HDC 2020” tərtibatçılar konfransında veriləcəyini gözləyir. Bundan başqa, konfransda “Android 11” əsaslı “EMUI 11” interfeysi təqdim ediləcək və “HongmengOS 2.0” (HarmonyOS Çində belə adlanır) sisteminin imkanları barədə məlumat veriləcək. Yeni əməliyyat sistemi smartfonlarla yanaşı, “ağıllı” saat və bilərziklərlə, eləcə də avtomobil sistemləri və kompüterlərlə uyğunluq təşkil edəcək.
Texnologiyanı təsvir edən “Huawei” istehlak biznesinin rəhbəri Riçard Yu qeyd edib ki, “HarmonyOS” analoqlarından etibarlıdır, çünki onun mikronüvəsi kənar servislərindən qorunur, resursları daha səmərəli paylayır və ümumilikdə “Android” sistemindən fərqli olaraq daha sürətli işləyir.
“Huawei” şirkəti “HarmonyOS” sisteminin hazırlanmasını ötən il ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən yerli şirkətlərlə əməkdaşlıq imkanından məhrum olduqdan sonra aktivləşdirib. Ötən həftə Çin şirkətinə “Android” yeniləmələrini birbaşa “Google”dan almaq hüququ verən müvəqqəti lisenziyanın qüvvədə olma müddəti başa çatıb. Buna baxmayaraq “Huawei” həm buraxılan, həm də gələcək qurğuların dəstəklənməsini davam etdirəcək.
“HarmonyOS” 2019-cu ilin avqustunda “Android”dən daha sürətli və təhlükəsiz əməliyyat sistemi kimi təqdim edilib. O, “ağıllı” dinamiklərdən tutmuş, qoşulmuş sensorlara qədər geniş qurğuları əhatə edir.
Nizam Nuriyev
“Android” sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq
“Google” əməliyyat sistemi ilə təchiz edilməyən ilk “Huawei” smartfonu ilin sonunadək buraxılacaq. Bu barədə “Global Times” nəşrinə şirkət rəhbərinə yaxın analitik Ma Tszihua bildirib. Onun sözlərinə görə, qurğu “Android” əvəzinə, “Huawei” şirkətinin istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təchiz olunacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, ekspert “HarmonyOS” sistemli ilk smartfon haqqında ətraflı məlumatın sentyabrın 10-12-də keçiriləcək “HDC 2020” tərtibatçılar konfransında veriləcəyini gözləyir. Bundan başqa, konfransda “Android 11” əsaslı “EMUI 11” interfeysi təqdim ediləcək və “HongmengOS 2.0” (HarmonyOS Çində belə adlanır) sisteminin imkanları barədə məlumat veriləcək. Yeni əməliyyat sistemi smartfonlarla yanaşı, “ağıllı” saat və bilərziklərlə, eləcə də avtomobil sistemləri və kompüterlərlə uyğunluq təşkil edəcək.
Texnologiyanı təsvir edən “Huawei” istehlak biznesinin rəhbəri Riçard Yu qeyd edib ki, “HarmonyOS” analoqlarından etibarlıdır, çünki onun mikronüvəsi kənar servislərindən qorunur, resursları daha səmərəli paylayır və ümumilikdə “Android” sistemindən fərqli olaraq daha sürətli işləyir.
“Huawei” şirkəti “HarmonyOS” sisteminin hazırlanmasını ötən il ABŞ hakimiyyəti tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən yerli şirkətlərlə əməkdaşlıq imkanından məhrum olduqdan sonra aktivləşdirib. Ötən həftə Çin şirkətinə “Android” yeniləmələrini birbaşa “Google”dan almaq hüququ verən müvəqqəti lisenziyanın qüvvədə olma müddəti başa çatıb. Buna baxmayaraq “Huawei” həm buraxılan, həm də gələcək qurğuların dəstəklənməsini davam etdirəcək.
“HarmonyOS” 2019-cu ilin avqustunda “Android”dən daha sürətli və təhlükəsiz əməliyyat sistemi kimi təqdim edilib. O, “ağıllı” dinamiklərdən tutmuş, qoşulmuş sensorlara qədər geniş qurğuları əhatə edir.
Nizam Nuriyev
Baxış sayı: 768
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)