Tarix:26/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, blogerin sözlərinə görə, payızda brendin aktual qabaqcıl modelləri olan “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarının istehsalı və satışı dayandırılacaq. Bundan başqa, satışdan 2018-ci ildə buraxılan “iPhone XR” çıxarılacaq. Müəllif qeyd edib ki, satışdan çıxarılmayan aktual seriyalı yeganə smartfon əsas “iPhone 11” modeli olacaq. Qurğunun qiyməti 150 dollar aşağı salınaraq 549 dollar təşkil edəcək.
Bildirilir ki, şirkət bu addımı yeni seriyalı qurğuların satışını stimullaşdırmaq məqsədilə atacaq. 2019-cu ildə “Apple” şirkəti bazarda yalnız bir il qalan “iPhone XS” və “XS Max” modellərini satışdan çıxarıb. Həmçinin 2018-ci ildə şirkət “iPhone XS” smartfonunun satışlarını stimullaşdırmaq üçün “iPhone X” smartfonunun satışını dayandırıb. İnsayderin fikrincə, “Apple” ucuz “iPhone 11” olduğu halda “iPhone XR” almağın mənasız olduğunu düşünür və bununla əlaqədar 2018-ci il buraxılışlı populyar modeli satışdan çıxarır.
Nizam Nuriyev
Populyar “iPhone” smartfonlarının istehsalı dayandırılacaq
“Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq. Bu barədə “iAppleTimes” təxəllüslü insayderin “Twitter” hesabında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, blogerin sözlərinə görə, payızda brendin aktual qabaqcıl modelləri olan “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarının istehsalı və satışı dayandırılacaq. Bundan başqa, satışdan 2018-ci ildə buraxılan “iPhone XR” çıxarılacaq. Müəllif qeyd edib ki, satışdan çıxarılmayan aktual seriyalı yeganə smartfon əsas “iPhone 11” modeli olacaq. Qurğunun qiyməti 150 dollar aşağı salınaraq 549 dollar təşkil edəcək.
Bildirilir ki, şirkət bu addımı yeni seriyalı qurğuların satışını stimullaşdırmaq məqsədilə atacaq. 2019-cu ildə “Apple” şirkəti bazarda yalnız bir il qalan “iPhone XS” və “XS Max” modellərini satışdan çıxarıb. Həmçinin 2018-ci ildə şirkət “iPhone XS” smartfonunun satışlarını stimullaşdırmaq üçün “iPhone X” smartfonunun satışını dayandırıb. İnsayderin fikrincə, “Apple” ucuz “iPhone 11” olduğu halda “iPhone XR” almağın mənasız olduğunu düşünür və bununla əlaqədar 2018-ci il buraxılışlı populyar modeli satışdan çıxarır.
Nizam Nuriyev
Baxış sayı: 535
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet