Tarix:26/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, şirkət tərəfindən binanın kənardan görünüşünü əks etdirən kiçik reklam videoçarxı dərc olunub. Onun fasadı neon işıq xətlərinə malik şüşə panellərlə örtüləcək. Plana görə, onlar gecə vaxtı işıq saçacaqlar. Mərkəzdə şirkətin parlaq qırmızı rəngli loqotipi quraşdırılacaq.
Məlumata görə, mağaza dünyada say etibarilə 512-ci və Sinqapurda Orçard-roud küçəsində və aeroportda “Jewel Changi” ticarət mərkəzindən sonra üçüncü “Apple Store” nöqtəsi olacaq. Şirkətin rəsmi saytında qeyd olunur ki, yeni mağaza yaradıcılıq və ideyaların ifadəsi yeri olacaq. Yaradıcılar tərəfindən mərkəz payızın ortalarında illik festival zamanı Sinqapur körfəzini dolduran ənənəvi parlayan şarları xatırladan “körfəz fənəri” adlandırılır.
2020-ci ilin martında “Apple” koronavirus pandemiyasına görə Çindən kənarda yerləşən bütün pərakəndə satış mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb, şirkət əməkdaşları isə evdən işləməyə başlayıb. “Apple” rəhbəri Tim Kukun sözlərinə görə, bu tədbir infeksiyanın yayılmasına mane olacaq.
Nizam Nuriyev
“Apple” suda mağaza açacaq
ABŞ-ın “Apple” korporasiyası Sinqapurda Marina-Bey körfəzində açılacaq yeni pərakəndə satış mağazasının layihəsini təqdim edib. O, şirkətin ilk üzən mağazası olacaq və suda yerləşməklə futuristik üslubda hazırlanacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, şirkət tərəfindən binanın kənardan görünüşünü əks etdirən kiçik reklam videoçarxı dərc olunub. Onun fasadı neon işıq xətlərinə malik şüşə panellərlə örtüləcək. Plana görə, onlar gecə vaxtı işıq saçacaqlar. Mərkəzdə şirkətin parlaq qırmızı rəngli loqotipi quraşdırılacaq.
Məlumata görə, mağaza dünyada say etibarilə 512-ci və Sinqapurda Orçard-roud küçəsində və aeroportda “Jewel Changi” ticarət mərkəzindən sonra üçüncü “Apple Store” nöqtəsi olacaq. Şirkətin rəsmi saytında qeyd olunur ki, yeni mağaza yaradıcılıq və ideyaların ifadəsi yeri olacaq. Yaradıcılar tərəfindən mərkəz payızın ortalarında illik festival zamanı Sinqapur körfəzini dolduran ənənəvi parlayan şarları xatırladan “körfəz fənəri” adlandırılır.
2020-ci ilin martında “Apple” koronavirus pandemiyasına görə Çindən kənarda yerləşən bütün pərakəndə satış mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb, şirkət əməkdaşları isə evdən işləməyə başlayıb. “Apple” rəhbəri Tim Kukun sözlərinə görə, bu tədbir infeksiyanın yayılmasına mane olacaq.
Nizam Nuriyev
Baxış sayı: 912
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet