Tarix:27/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, hazırda “Device Control” proqramı qabaqcıl “Mi10 Ultra” smartfonunda “MIUI 12” proqram təminatlı beta versiyasında istifadəyə verilib. Populyar “XDA Developers” tərtibatçılar forumunun həvəskarları qeyd edib ki, proqramın funksionallığı “Windows” əməliyyat sistemli noutbuklarla birləşdirilən zaman “Samsung” həllini təkrarlayacaq.
“Device Control” əlavəsindən yararlanan istifadəçilər smartfonu birbaşa kompüterdən idarə edə biləcəklər. Bu funksiya proqramda “Screen Combo” adlanır: onun aktivləşdirilməsi zamanı smartfonun ekranı “Wi-Fi” vasitəsilə kompüterə faylları ikonkaların yerini dəyişməklə ötürmə imkanı ilə translyasiya edilir.
Bundan başqa, “Device Control” vasitəsilə smartfonda eyni anda bir neçə əlavəni işə salaraq fərdi kompüterdə müvafiq pəncərələri açmaq mümkün olacaq. Hazırda yeni proqram yalnız bir noutbuk modeli – “Xiaomi Mi Notebook Pro 2020” tərəfindən dəstəklənir.
“XDA Developers” iştirakçılarının sözlərinə görə, “Device Control” proqramının test versiyasının sentyabrda, stabil variantının isə oktyabrda istifadəyə veriləcəyi gözlənilir.
Nizam Nuriyev
Yeni “Xiaomi” proqramı kompüter və smartfonu birləşdirəcək
“Xiaomi” şirkəti istifadəçiyə noutbukda smartfonun funksionallığından istifadəyə imkan verən “Device Control” adlı əlavə hazırlayır. Bu, “Huawei Share” kimi rəqib həllərə və analoji “Samsung” və “Microsoft” texnologiyalarına cavabdır.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, hazırda “Device Control” proqramı qabaqcıl “Mi10 Ultra” smartfonunda “MIUI 12” proqram təminatlı beta versiyasında istifadəyə verilib. Populyar “XDA Developers” tərtibatçılar forumunun həvəskarları qeyd edib ki, proqramın funksionallığı “Windows” əməliyyat sistemli noutbuklarla birləşdirilən zaman “Samsung” həllini təkrarlayacaq.
“Device Control” əlavəsindən yararlanan istifadəçilər smartfonu birbaşa kompüterdən idarə edə biləcəklər. Bu funksiya proqramda “Screen Combo” adlanır: onun aktivləşdirilməsi zamanı smartfonun ekranı “Wi-Fi” vasitəsilə kompüterə faylları ikonkaların yerini dəyişməklə ötürmə imkanı ilə translyasiya edilir.
Bundan başqa, “Device Control” vasitəsilə smartfonda eyni anda bir neçə əlavəni işə salaraq fərdi kompüterdə müvafiq pəncərələri açmaq mümkün olacaq. Hazırda yeni proqram yalnız bir noutbuk modeli – “Xiaomi Mi Notebook Pro 2020” tərəfindən dəstəklənir.
“XDA Developers” iştirakçılarının sözlərinə görə, “Device Control” proqramının test versiyasının sentyabrda, stabil variantının isə oktyabrda istifadəyə veriləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)