Tarix:28/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Transcribe” adlandırılmış xidmət həm mp3, wav, m4a və ya mp4 formatında yüklənmiş kənar səs fayllarını, həm də birbaşa “Word” vasitəsilə edilmiş səs yazılarını deşifrə edir. Hazır mətni redaktə etmək və əsas sənədə əlavə etmək mümkündür. Söhbətdə iki nəfər iştirak edirsə, onda “Transcribe” xidməti hər bir həmsöhbətin replikalarını nişanlayır.
Hələ ki “Transcribe” funksiyası yalnız “Word 365” veb-versiyasında işləyir. Ancaq bir sıra məhdudiyyətlər var. Məsələn, istifadəçilərə yalnız ingilis dilində olan səs yazılarının deşifrə edilməsi əlçatandır. Bundan başqa, deşifrə üçün faylın maksimal ölçüsü 200 MB-ı ötməməlidir və deşifrə müddəti ayda ən çox 5 saat təşkil edir. Şirkət 2020-ci ilin sonunadək “Transcribe” xidmətinin mobil versiyasını təqdim etməyə söz verir.
Emil Hüseynov
“Microsoft Word”də səs yazılarının deşifrə edilməsi funksiyası əlçatan olub
“Microsoft” şirkəti “Word” (“Office” proqramlar paketinə daxildir) mətn redaktorunda səs yazılarının deşifrə edilməsi funksiyasını tətbiq edib. Bu haqda “Microsoft”un bloqunda məlumat verilib.“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Transcribe” adlandırılmış xidmət həm mp3, wav, m4a və ya mp4 formatında yüklənmiş kənar səs fayllarını, həm də birbaşa “Word” vasitəsilə edilmiş səs yazılarını deşifrə edir. Hazır mətni redaktə etmək və əsas sənədə əlavə etmək mümkündür. Söhbətdə iki nəfər iştirak edirsə, onda “Transcribe” xidməti hər bir həmsöhbətin replikalarını nişanlayır.
Hələ ki “Transcribe” funksiyası yalnız “Word 365” veb-versiyasında işləyir. Ancaq bir sıra məhdudiyyətlər var. Məsələn, istifadəçilərə yalnız ingilis dilində olan səs yazılarının deşifrə edilməsi əlçatandır. Bundan başqa, deşifrə üçün faylın maksimal ölçüsü 200 MB-ı ötməməlidir və deşifrə müddəti ayda ən çox 5 saat təşkil edir. Şirkət 2020-ci ilin sonunadək “Transcribe” xidmətinin mobil versiyasını təqdim etməyə söz verir.
Emil Hüseynov
Baxış sayı: 764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)