Tarix:28/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, bazarda təqdim edilən əksər fitnes bilərziklərdən fərqli olaraq “Amazon Halo” ekranla təchiz edilməyib: qurğu quraşdırılmış senosorlar vasitəsilə müxtəlif parametrləri qeydə alaraq onları istifadəçinin smartfonuna ötürür. Şirkət nümayəndələrinin sözlərinə görə, akkumulyator qolbağın bir həftə təkrar enerji toplamadan işləməsini təmin edir.
Oxşar qurğular kimi “Halo” insanın fiziki aktivliyini izləyə, eləcə də yuxunun monitorinqini apara bilir. Bundan başqa, bilərzik mikrofon vasitəsilə səs dəyişkənliyinə görə istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirir.
“Halo” mobil əlavəsi bilərzikdəki məlumatları saxlayır, eləcə də dərialtı piyin faizini qiymətləndirir. Bunun üçün proqram smartfon kamerası vasitəsilə istifadəçinin bədəninin üçölçülü modelini yaradır və onu bu göstəricinin hesablanması üçün analiz edir.
Qiyməti 100 dollar təşkil edən yeni “Amazon” fitnes bilərziyi ilk alıcılara 65 dollara təklif olunacaq. Bu qiymətə bilərzikdən istifadəyə imkan verən “Halo” əlavəsi (6 ay istifadədən sonra aylıq 4 dollar) üçün 6 aylıq abunə daxildir.
Nizam Nuriyev
“Amazon Halo” bilərziyi səsə görə istifadəçinin əhval-ruhiyyəsini qiymətləndirir (VİDEO)
“Amazon” şirkəti bir sıra qeyri-adi xüsusiyyətlərə malik ilk “Halo” fitnes bilərziyini və sağlamlıq vəziyyətinin monitorinqi üçün eyniadlı mobil proqram təqdim edib. Bu barədə şirkətin bloqunda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, bazarda təqdim edilən əksər fitnes bilərziklərdən fərqli olaraq “Amazon Halo” ekranla təchiz edilməyib: qurğu quraşdırılmış senosorlar vasitəsilə müxtəlif parametrləri qeydə alaraq onları istifadəçinin smartfonuna ötürür. Şirkət nümayəndələrinin sözlərinə görə, akkumulyator qolbağın bir həftə təkrar enerji toplamadan işləməsini təmin edir.
Oxşar qurğular kimi “Halo” insanın fiziki aktivliyini izləyə, eləcə də yuxunun monitorinqini apara bilir. Bundan başqa, bilərzik mikrofon vasitəsilə səs dəyişkənliyinə görə istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirir.
“Halo” mobil əlavəsi bilərzikdəki məlumatları saxlayır, eləcə də dərialtı piyin faizini qiymətləndirir. Bunun üçün proqram smartfon kamerası vasitəsilə istifadəçinin bədəninin üçölçülü modelini yaradır və onu bu göstəricinin hesablanması üçün analiz edir.
Qiyməti 100 dollar təşkil edən yeni “Amazon” fitnes bilərziyi ilk alıcılara 65 dollara təklif olunacaq. Bu qiymətə bilərzikdən istifadəyə imkan verən “Halo” əlavəsi (6 ay istifadədən sonra aylıq 4 dollar) üçün 6 aylıq abunə daxildir.
Nizam Nuriyev
Baxış sayı: 845
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı