12px13px15px17px
Tarix:01/09/20

“Android” sistemli planşetlər üçün yeni rejim təqdim edilib

"Google" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetlər üçün yeni "Kids Space" rejimini təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, "Kids Space" kontentdən rahat istifadəyə imkan verən sadələşdirilmiş xüsusi uşaq interfeysidir. Şirkət nümayəndələrinin sözlərinə görə, rejimin məqsədi uşaqlara sevdikləri əşyaların tədqiqində kömək etməkdir. Uşağa maraq sahələrinin seçilməsi təklif olunduqdan sonra interfeys oxumaq, izləmək, oyun oynamaq və s. üçün materialları göstərir. Rejimi istifadəçiyə uyğun tənzimləyərək onun avatar personajını yaratmaq mümkündür.
 
ABŞ-da "Kids Space" üçün 400-dən çox kitab pulsuz təklif olunur. Bundan başqa, yaradıcılıq və inkişaf üçün "YouTube Kids" videoçarxlarından istifadə edilir. Bütün materiallar "Oynamaq", "Oxumaq, "Baxmaq", "Etmək", tab-vərəqələrinə bölünür. Valideynlər kontenti uşağın yaşına görə çeşidləyə, "Google Play" mağazasından əlavə kontent yükləyə, eləcə də "Family Link" proqramı vasitəsilə vaxt məhdudiyyətləri qoya və s. edə bilərlər. Qeyd edək ki, bu rejimdə "Google Assistant" səsli köməkçi funksiyası işləmir.
 
"Kids Space" rejimi ilə təchiz edilən ilk planşetlər ikinci nəsil yeni "Lenovo Tab M10" modelləri olacaq. Gələcəkdə digər "Android" sistemli planşetlərin əhatə olunması nəzərdə tutulur.
 
Nizam Nuriyev






Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024