12px13px15px17px
Tarix:01/09/20

“Lenovo” dünyada RTX videokartı ilə təchiz edilmiş ən yüngül noutbuk təqdim edib

“Lenovo” dünyada RTX videokartı ilə təchiz edilmiş ən yüngül oyun noutbukunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Legion Slim 7i” adlandırılmış noutbukun ekranının diaqonalı 15,6 düym təşkil edir. Ekranın yeniləmə tezliyi 144 Hs-dir, ümumilikdə kompüter 60 Hs-dən başlayaraq üç rejimdə işləyə bilər. Korpusun qalınlığı 18 mm-ə bərabərdir, bu halda ona “NVIDIA GeForce RTX 2060 Max Q” videokartı əlavə edilib. Qurğunun çəkisi 1,76 kq-dır. “Legion Slim 7i” noutbuku qabaqcıl “Intel Core i9” prosessoru ilə təchiz edilib.
 
Cihaz yaxşı soyutma sisteminə malikdir. “Legion Y740Si” modeli ilə müqayisədə hava axını 31% artırılıb. Noutbukun klaviaturasında RGB işıq reallaşdırılıb.
 
Oktyabrın 26-dan Avropada satışa çıxarılacaq “Legion Slim 7i” noutbukunun qiyməti 1299 avrodan başlanır.
 
Emil Hüseynov




Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024