Tarix:02/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, analitik təchizat zəncirlərinə yaxın mənbələrlə əlaqə yaratdıqdan sonra şirkət tərəfindən bu il dörd smartfonun təqdim ediləcəyi təsdiqini tapıb. “Apple” ilk dəfə 5,4 və 6,1 düym ekranlı iki əsas smartfon və 6,1 və 6,7 düym diaqonallı iki qabaqcıl model hazırlayır. Bütün qurğular “OLED” ekran və “5G” dəstəyi ilə təchiz ediləcək. Bundan başqa, istehsala yaxın insayderlər tərəfindən məhz 6,7 düymlük ekran şirkətin bu il üçün əsas innovasiyası adlandırılır.
Məlumata görə, yeni “iPhone” modellərinin oktyabrda satışa çıxarılacağı gözlənilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2020-ci ildə “Apple” təxminən 80 milyon ədəd qurğu tədarük etmək niyyətindədir. M.Qurman təsdiq edib ki, şirkət tərəfindən smartfonlar satışa mərhələlərlə çıxarılacaq.
Həmçinin hesabatda “iPhone 12” smartfonu ilə eyni vaxtda nümayiş ediləcək “iPad Air” planşeti qeyd olunur. Planşet bu ilin əvvəlində təqdim edilən “iPad Pro” kimi çərçivəsiz displeyə malik olacaq. Analitikin gözləntisinə görə, şirkət yeni nəsil “Apple Watch 6” “ağıllı” saatını və onun 2017-ci ildə satışa çıxarılan “Apple Watch 3” saatını əvəzləyəcək daha ucuz variantını nümayiş edəcək.
Sonda M.Qurman vurğulayıb ki, payız təqdimatında şirkət tərəfindən yeni nəsil “Apple TV” qurğusu və 2017-ci ilin yayında nümayiş olunan “HomePod” “ağıllı” kolonkasının kiçildilmiş versiyası təqdim ediləcək. “Apple” nümayəndələri hesabata münasibət bildirməkdən imtina ediblər.
Avqustun əvvəlində məlum olub ki, yeni “Apple” smartfonları satışa hissə-hissə çıxarılacaq. Əvvəlcə satışa smartfonların iki əsas versiyası, daha sonra qabaqcıl “iPhone 12 Pro” və “12 Pro Max” modelləri çıxarılacaq. Yubanma 2-4 həftə təşkil edəcək. “Apple” şirkətinin təqdimatı sentyabrın əvvəlində gözlənilir.
Nizam Nuriyev
Yeni “Apple” məhsulları açıqlanıb
Payızda “Apple” şirkəti dörd smartfon və bir neçə digər məhsul buraxacaq. Bu barədə analitik Mark Qurmanın “Bloomberg” üçün hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, analitik təchizat zəncirlərinə yaxın mənbələrlə əlaqə yaratdıqdan sonra şirkət tərəfindən bu il dörd smartfonun təqdim ediləcəyi təsdiqini tapıb. “Apple” ilk dəfə 5,4 və 6,1 düym ekranlı iki əsas smartfon və 6,1 və 6,7 düym diaqonallı iki qabaqcıl model hazırlayır. Bütün qurğular “OLED” ekran və “5G” dəstəyi ilə təchiz ediləcək. Bundan başqa, istehsala yaxın insayderlər tərəfindən məhz 6,7 düymlük ekran şirkətin bu il üçün əsas innovasiyası adlandırılır.
Məlumata görə, yeni “iPhone” modellərinin oktyabrda satışa çıxarılacağı gözlənilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2020-ci ildə “Apple” təxminən 80 milyon ədəd qurğu tədarük etmək niyyətindədir. M.Qurman təsdiq edib ki, şirkət tərəfindən smartfonlar satışa mərhələlərlə çıxarılacaq.
Həmçinin hesabatda “iPhone 12” smartfonu ilə eyni vaxtda nümayiş ediləcək “iPad Air” planşeti qeyd olunur. Planşet bu ilin əvvəlində təqdim edilən “iPad Pro” kimi çərçivəsiz displeyə malik olacaq. Analitikin gözləntisinə görə, şirkət yeni nəsil “Apple Watch 6” “ağıllı” saatını və onun 2017-ci ildə satışa çıxarılan “Apple Watch 3” saatını əvəzləyəcək daha ucuz variantını nümayiş edəcək.
Sonda M.Qurman vurğulayıb ki, payız təqdimatında şirkət tərəfindən yeni nəsil “Apple TV” qurğusu və 2017-ci ilin yayında nümayiş olunan “HomePod” “ağıllı” kolonkasının kiçildilmiş versiyası təqdim ediləcək. “Apple” nümayəndələri hesabata münasibət bildirməkdən imtina ediblər.
Avqustun əvvəlində məlum olub ki, yeni “Apple” smartfonları satışa hissə-hissə çıxarılacaq. Əvvəlcə satışa smartfonların iki əsas versiyası, daha sonra qabaqcıl “iPhone 12 Pro” və “12 Pro Max” modelləri çıxarılacaq. Yubanma 2-4 həftə təşkil edəcək. “Apple” şirkətinin təqdimatı sentyabrın əvvəlində gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 1011
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet