Tarix:03/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “Microsoft” mütəxəssislərinin sözlərinə görə, “Windows 10” sisteminin 2004-cü il versiyasının yeniləməsi bir sıra portativ kompüterlər üçün bloklanıb. Onlara mobil rabitə moduluna malik və internetə “WWAN LTE” modemləri vasitəsilə qoşulmağa imkan verən noutbuklar aiddir. Mühəndislər bildirib ki, sistem yeniləmələrindən “Microsoft” tərəfindən internetə qoşulma problemi həll olunduqdan sonra istifadə mümkün olacaq.
Bundan əvvəl “LTE” modullu noutbuk istifadəçiləri mayda ardıcıl “Windows” yeniləmələrindən sonra kompüterlərin internet bağlantısının sıradan çıxmasından şikayət ediblər. Qurğu istifadəçilərinin məlumatına görə, internet bağlantısı noutbuk “yuxu rejimi”ndən çıxdıqdan və ya qurğunu yenidən başlatdıqdan sonra qəflətən kəsilib. Problemin bir neçə ay ərzində həll olunmamış vəziyyətdə qaldığı bildirilir.
“Microsoft” mühəndisləri qeyd edib ki, problemi müvəqqəti həll etmək mümkündür. İnternetə qoşulmanın bərpası üçün kompüteri bütün aktiv internet qoşulmalarının silindiyi “uçuş rejimi”nə daxil etmək və sonra geri qaytarmaq tələb olunur. Mütəxəssislərin sözlərinə görə, bundan sonra bağlantı “LTE” vasitəsilə bərpa edilir.
“Microsoft” qurğuları “Windows 10” sisteminin 2004-cü il versiyasınadək xüsusi proqram yeniləmələri buraxıldıqdan sonra yeniləməyi tövsiyə edir.
Nizam Nuriyev
“Windows” yeniləməsi internet bağlantısını sıradan çıxarıb
“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemli noutbuklarda internet bağlantısı probleminin mövcudluğunu etiraf edib. Bu barədə “ZDNet” nəşrinin korporasiyanın bəyanatına istinadən məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “Microsoft” mütəxəssislərinin sözlərinə görə, “Windows 10” sisteminin 2004-cü il versiyasının yeniləməsi bir sıra portativ kompüterlər üçün bloklanıb. Onlara mobil rabitə moduluna malik və internetə “WWAN LTE” modemləri vasitəsilə qoşulmağa imkan verən noutbuklar aiddir. Mühəndislər bildirib ki, sistem yeniləmələrindən “Microsoft” tərəfindən internetə qoşulma problemi həll olunduqdan sonra istifadə mümkün olacaq.
Bundan əvvəl “LTE” modullu noutbuk istifadəçiləri mayda ardıcıl “Windows” yeniləmələrindən sonra kompüterlərin internet bağlantısının sıradan çıxmasından şikayət ediblər. Qurğu istifadəçilərinin məlumatına görə, internet bağlantısı noutbuk “yuxu rejimi”ndən çıxdıqdan və ya qurğunu yenidən başlatdıqdan sonra qəflətən kəsilib. Problemin bir neçə ay ərzində həll olunmamış vəziyyətdə qaldığı bildirilir.
“Microsoft” mühəndisləri qeyd edib ki, problemi müvəqqəti həll etmək mümkündür. İnternetə qoşulmanın bərpası üçün kompüteri bütün aktiv internet qoşulmalarının silindiyi “uçuş rejimi”nə daxil etmək və sonra geri qaytarmaq tələb olunur. Mütəxəssislərin sözlərinə görə, bundan sonra bağlantı “LTE” vasitəsilə bərpa edilir.
“Microsoft” qurğuları “Windows 10” sisteminin 2004-cü il versiyasınadək xüsusi proqram yeniləmələri buraxıldıqdan sonra yeniləməyi tövsiyə edir.
Nizam Nuriyev
Baxış sayı: 869
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)