Tarix:04/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, şirkətdəki mənbələrin məlumatına görə, yeddinci nəsil “iPod nano” sentyabrın 30-da rəsmən köhnəlmiş elan olunacaq. “Apple” şirkətinin qaydalarına əsasən, 5-7 il satışa çıxarılmayan məhsul köhnəlmiş hesab edilir. Əfsanəvi kompakt pleyerin yeddinci nəsli 2015-ci ilin ortalarında təqdim edilib.
Qaydalara uyğun olaraq “Apple” tərəfindən istifadəçilərə köhnəlmiş texnika ilə bağlı məsələlərdə dəstək dayandırılacaq. Bundan başqa, şirkətin servisləri ehtiyat detallar olmadığı halda qurğuların təmirindən imtina edə bilərlər. “iPod nano” ilə yanaşı, 2012-ci ilin oktyabrında buraxılan beşinci nəsil “iPod Touch” köhnəlmiş hesab olunacaq.
Jurnalistlər xatırladıb ki, ilk “iPod nano” 2005-ci ilin sentyabrında pleyerin klassik versiyasının alternativi kimi təqdim olunub. Qurğu düzbucaqlı formaya, ekran və sensor çarxlı idarəetməyə malik olub. Qurğunun son iterasiyası (təkrarı) rəngli sensor ekran və “iPhone” smartfonu üslubunda “Home” düyməsi ilə təchiz olunub.
Nizam Nuriyev
Əfsanəvi “iPod” köhnəlmiş hesab ediləcək
“Apple” şirkəti bir neçə pleyer modelini köhnəlmiş elan edəcək. Bu barədə “MacRumors” nəşrinin məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, şirkətdəki mənbələrin məlumatına görə, yeddinci nəsil “iPod nano” sentyabrın 30-da rəsmən köhnəlmiş elan olunacaq. “Apple” şirkətinin qaydalarına əsasən, 5-7 il satışa çıxarılmayan məhsul köhnəlmiş hesab edilir. Əfsanəvi kompakt pleyerin yeddinci nəsli 2015-ci ilin ortalarında təqdim edilib.
Qaydalara uyğun olaraq “Apple” tərəfindən istifadəçilərə köhnəlmiş texnika ilə bağlı məsələlərdə dəstək dayandırılacaq. Bundan başqa, şirkətin servisləri ehtiyat detallar olmadığı halda qurğuların təmirindən imtina edə bilərlər. “iPod nano” ilə yanaşı, 2012-ci ilin oktyabrında buraxılan beşinci nəsil “iPod Touch” köhnəlmiş hesab olunacaq.
Jurnalistlər xatırladıb ki, ilk “iPod nano” 2005-ci ilin sentyabrında pleyerin klassik versiyasının alternativi kimi təqdim olunub. Qurğu düzbucaqlı formaya, ekran və sensor çarxlı idarəetməyə malik olub. Qurğunun son iterasiyası (təkrarı) rəngli sensor ekran və “iPhone” smartfonu üslubunda “Home” düyməsi ilə təchiz olunub.
Nizam Nuriyev
Baxış sayı: 875
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet