Tarix:08/09/20
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, həmçinin “StatCounter” xidmətinin məlumatına görə “Windows 10” sistemi liderdir. 2020-ci ilin avqustunda “Windows” sistemi ilə işləyən kompüterlər arasında platformanın bazar payı 73,76% təşkil edib ki, bu da ötən ayın göstəricisindən (73,05%) çoxdur. Bu şirkətin analitikləri “Windows 7” sisteminin bazar payını 2020-ci ilin avqust ayının yekunu üzrə 19,44% qiymətləndiriblər.
2020-ci ilin yanvarında “Windows 7” sisteminin dəstəyi dayandırılıb, amma sahibləri ondan imtina etməyə tələsməyiblər. “Windows 7” sisteminin bazar payının azalması tədricən baş verir və dünyada hər dördüncü kompüterdə quraşdırılmağa davam edir.
19 il bundan əvvəl çıxarılmış “Windows XP” sistemi indiyədək dünyadakı kompüterlərin 1,2%-nə quraşdırılıb. Bu, “Windows 8 (0,5%), “ChromeOS” (0,4%) və “Windows Vista”nın (0,1%) göstəricilərindən çoxdur.
Emil Hüseynov
“Windows 10” əməliyyat sisteminin bazar payı 60%-i ötüb
“NetMarketShare” xidmətinin məlumatına görə, 2020-ci ilin avqustunda fərdi kompüterlərin 60,57%-nə “Windows 10” əməliyyat sistemi quraşdırılıb. Bir ay bundan əvvəl bu göstərici 59,37% olub. Bu vaxt ərzində “Windows 7” sisteminin bazar payı 23,34%-dən 22,31%-dək azalıb. İlk üçlükdə qərarlaşmış “Windows 8.1” sisteminin bazar payı 3,48% təşkil edir.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, həmçinin “StatCounter” xidmətinin məlumatına görə “Windows 10” sistemi liderdir. 2020-ci ilin avqustunda “Windows” sistemi ilə işləyən kompüterlər arasında platformanın bazar payı 73,76% təşkil edib ki, bu da ötən ayın göstəricisindən (73,05%) çoxdur. Bu şirkətin analitikləri “Windows 7” sisteminin bazar payını 2020-ci ilin avqust ayının yekunu üzrə 19,44% qiymətləndiriblər.
2020-ci ilin yanvarında “Windows 7” sisteminin dəstəyi dayandırılıb, amma sahibləri ondan imtina etməyə tələsməyiblər. “Windows 7” sisteminin bazar payının azalması tədricən baş verir və dünyada hər dördüncü kompüterdə quraşdırılmağa davam edir.
19 il bundan əvvəl çıxarılmış “Windows XP” sistemi indiyədək dünyadakı kompüterlərin 1,2%-nə quraşdırılıb. Bu, “Windows 8 (0,5%), “ChromeOS” (0,4%) və “Windows Vista”nın (0,1%) göstəricilərindən çoxdur.
Emil Hüseynov
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)