12px13px15px17px
Tarix:09/09/20

“iPhone 12” smartfonunun təqdimat tarixi açıqlanıb

“iPhone 12” və digər “Apple” məhsullarının təqdimatı sentyabrın 15-də keçiriləcək. Bu barədə “The Verge” nəşrinin şirkətin bəyanatına istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “Apple” şirkəti illik payız tədbirinin sentyabrın 15-də Bakı vaxtı ilə saat 21:00-da “Apple Park” mənzil-qərargahında baş tutacağını elan edib. Şirkət tərəfindən tədbirin iyunun 22-də keçirilən “WWDC 2020” konfransı kimi onlayn formatda baş tutması səbəbindən jurnalistlərə şəxsi iştirak üçün dəvətnamələr göndərilməyib. Şirkət nümayəndələri tərəfindən jurnalist və blogerlərə elektron poçt vasitəsilə göndərilən məlumatlarda təqdimat zamanı hansı məhsulların nümayiş olunacağı barədə məlumat verilməyib.
 
“The Verge” jurnalistləri bu il “Apple Event” tədbirinin gözlənildiyindən daha gec keçiriləcəyinə diqqət yetiriblər. Onların sözlərinə görə, bu, koronavirus pandemiyası ilə əlaqədar yubanmalarla əlaqədar ola bilər.
 
Mütəxəssislərin versiyasına görə, “Apple” şirkəti sentyabrın 15-də tədbirdə “iPhone 12” seriyalı dörd smartfon modeli, yenilənmiş “iPad Air” planşetini, “Apple Watch 6” “ağıllı” saatının iki versiyasını, “HomePod” kolonka modelinin sadələşdirilmiş versiyasını təqdim edəcək. Yeni simsiz qulaqcıq və “Apple Silicon” prosessoru əsasında ilk kompüterin nümayişinin bir müddət sonra keçiriləcəyi gözlənilir.  
 
Nizam Nuriyev




Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024