12px13px15px17px
Tarix:09/09/20

“Google” şirkəti “Android 11” mobil əməliyyat sistemini istifadəyə verib

"Google" şirkəti "Android 11" mobil əməliyyat sisteminin yekun versiyasını çıxarıb. Korporasiya bu haqda rəsmi "YouTube" kanalında məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Android 11" sisteminin bir neçə beta versiyası 2020-ci ilin yaz-yay aylarında təqdim edilib. ƏS-nin relizi hələ ki az sayda qurğular üçün əlçatandır: "Pixel 2", "3", "3A", "4" və "4A", həmçinin "OnePlus 8" və "8 Pro". Sonuncular hələ ki yalnız ABŞ, Hindistan və Avropa ölkələrində yenilənmə ala bilər.
 
"Android" sisteminin 11-ci versiyası ötən il istifadəyə verilmiş 10-cu versiya ilə müqayisədə az dəyişib. Beşinci nəsil mobil şəbəkələrində işin nativ dəstəyi genişləndirilib və proqramlarda məxfilik sistemi təkmilləşdirilib.
 
 
"Android 11" versiyasının başqa yenilikləri arasında əməliyyat sisteminin interfeysində edilmiş kiçik dəyişiklikləri qeyd etmək olar: genişləndirilmiş emodji siyahısı, başqa çoxməsələlik menyusu və ekrandan videonu standart vasitələrin köməyi ilə yazmaq imkanı.
 
Emil Hüseynov




Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024