12px13px15px17px
Tarix:11/09/20

Planşet və “ağıllı” saatlar üçün “Hongmeng OS 2.0” sistemi rəsmən təqdim edilib

Çində "Huawei Developer Conference 2020" tərtibatçılar konfransı keçirilib. Konfrans çərçivəsində "Huawei" şirkəti Çindən kənarda "Harmony OS 2.0" adlanacaq "Hongmeng OS 2.0" əməliyyat sistemini rəsmən təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, artıq "Harmony OS" sisteminin idarəetməsi ilə işləyən "Huawei Smart Screen" "ağıllı" televizorlarına əlavə olaraq yeni əməliyyat sistemi digər qurğularda, o cümlədən planşet və "ağıllı" saatlarda istifadə olunacaq. Gələcəkdə siyahıya smartfonların da əlavə ediləcəyi gözlənilir.
 
Çin istehsalçısı nümayəndələrinin sözlərinə görə, "Hongmeng OS 2.0" əvvəlcədən mükəmməl senarilər üçün hazırlanan ilk paylanmış əməliyyat sistemidir. O, müxtəlif qurğularla səsli idarəetməni, böyük və kiçik ekranda rahat işi, müxtəlif şəbəkələrdə sürətli işi, adaptiv istifadəçi interfeysini və digər yenilikləri dəstəkləyir.
 
Bundan başqa, şirkətin istehlak biznesi üzrə baş direktoru Yuy Çendon təsdiq edib ki, tezliklə "Hongmeng OS 2.0" sisteminin "ağıllı" televizor, "ağıllı" saat və avtomobillər üçün beta versiyası buraxılacaq, mobil versiyası isə dekabrda istifadəyə veriləcək. Həmçinin bəyan edilib ki, "Huawei" smartfonları "Hongmeng OS 2.0" sistemini 2021-ci ildə tam dəstəkləməyə başlayacaq.
 
Əməliyyat sistemi əvvəlcə açıq çıxış koduna malik olacaq, tərtibatçılar isə emulyator, "SDK" dəsti və "IDE" alətləri ilə təmin ediləcəklər. 2020-ci ilin sonunda smartfonlar üçün "HarmonyOS" beta versiyasından əvvəlcə Çin tərtibatçıları yararlana, daha sonra testə adi istifadəçilər qoşula biləcəklər.
 
Nizam Nuriyev




Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024