12px13px15px17px
Tarix:14/09/20

“LG” şirkəti süni intellektin köməyilə qabaqcıl materialların hazırlanması üzrə konsorsium hazırlayıb

Cənubi Koreyanın “LG Group” konqlomeratı beynəlxalq partnyorların iştirakı ilə tədqiqat konsorsiumunun yaradılmasını elan edib. Konsorsium süni intellekt texnologiyaları və robot texnikasının köməyi ilə daha təkmil xüsusiyyətlərə malik innovativ materiallar hazırlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “LG” tərəfindən formalaşdırılmış “A3MD” (“Alliance for AI Accelerated Materials Discovery” – süni intellektin köməyi ilə materialların ixtirası üzrə konsorsium) konsorsiumuna “LG Science Park” elmi araşdırmalar və hazırlamalar mərkəzi, Fransanın “Total” enerji nəhəngi, Kanadanın Makmaster adına Universiteti və Toronto Universiteti, həmçinin Kanada Milli Tədqiqat Şurası daxil edilib.

 

“LG” şirkətinin rəsmisi bildirib ki, “A3MD” – bu, dünyada süni intellekt həllərinin köməyilə qabaqcıl materialların hazırlanması üçün təsis edilmiş ilk akademik ittifaqdır. İttifaq ekoloji cəhətdən təmiz katalizatorlar və müasir optik materialların ixtirası ilə məşğul olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024