Fırlanan ekrana malik “LG Wing” rəsmən təqdim edilib
Bu ilin ən qeyri-adi smartfonlarından biri olan “LG Wing” cihazı təqdim edilib. Sözügedən qurğunun əsas özəlliyi fırlanan ekrana malik olmasıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “LG Wing” qatlanan vəziyyətdə kifayət qədər nazik çərçivəli 6,8 düymlük ekrana malik ən adi smartfondur. Ancaq onu 90 dərəcə çevirməklə daha bir 3,9 düymlük ekrana giriş əldə etmək olar. Nəticədə hər bir ekranda müxtəlif mobil tətbiqlər işə salına bilər. Yaxud ekranlar bir-birini tamamlaya bilər: məsələn, əsas ekranda video göstərilirsə, ikinci displeydə pauza/işə salma düymələri göstərilir.
“LG Wing” smartfonu optik sabitləşmə sisteminə malik 64 mp-lik əsas, 12 mp-lik genişbucaqlı baxış bucağına malik obyektiv və 12 mp-lik digər obyektivdən ibarət üçqat kamera modulundan ibarətdir. Əlavə olaraq smartfon 32 mp-lik irəli-geri çəkilən ön kameraya malikdir.
Qurğu “5G” dəstəkli 8 nüvəli “Snapdragon 765G” prosessoru, 8 QB əməli yaddaş, 256 QB daşıyıcı və 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Android 10” əməliyyat sistemi quraşdırılıb.
Qurğunun qiyməti hələ ki açıqlanmayıb.
Emil Hüseynov
Baxış sayı: 461
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet