Türkiyənin tanınmış “Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açdı
Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb. Açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, “Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak edib.
Tədbirdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda yerli startapların “Boğaziçi Ventures” fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.
İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar “Boğaziçi Ventures” fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz çıxışında qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Bu səbəbdən Türkiyə dövləti olaraq innovasiyaların inkişafına daima dəstək göstərməyə hazır olduqlarını bildirib.
“Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Turan Alməmmədov Türkiyənin ən böyük texnoloji vençur fondu olan "Boğaziçi Ventures"in qiymətləndirməsinə əsaslanaraq, Azərbaycanda informasiya texnologiyalarının inkişaf tempinin regionda vençur fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmasına dair ətraflı məlumat verib.
“Boğaziçi Ventures”in əsas hədəfi Azərbaycanın startap layihələrinə maliyyə dəstəyi göstərərək onların sürətli inkişafını və xarici bazarlara çıxışını təmin etməkdir. Son illər ərzində yerli startapların aktiv böyüməsi nəticəsində bölgəyə diqqətin cəlb olunması və vençur fondunun Azərbaycanda fəaliyyətə başlaması regionun ümumi iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəmizin regionun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayacağı gözlənilir.
Mətbuat konfransında, həmçinin jurnalistlərin nümayəndəliyin gözlənilən fəaliyyəti və Azərbaycandakı startap ekosisteminin gələcəyi ilə bağlı sualları cavablandırılıb.
Açılış mərasimində Agentliyin “Sponsorlar və tərəfdaşlar” guşəsinə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və “Boğaziçi Ventures” fondunun lövhələri əlavə olunub.
Baxış sayı: 47030
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet