12px13px15px17px
Tarix:17/09/20

“PlayStation 5” konsolunun qiyməti açıqlanıb

“Sony” şirkəti onlayn tədbir zamanı yeni nəsil oyun konsolunun qiymətini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, disksürənə (Disk drive) malik “PlayStation 5” konsolunun qiyməti 499 dollar, onunla təchiz edilməyən rəqəmli modelin isə 399 dollar təşkil edir. Avropada qurğunun qiyməti müvafiq olaraq 499 və 399 avroya bərabər olacaq. Qurğunun noyabrın 12-dən etibarən bir sıra ölkələrdə satışa çıxarılması nəzərdə tutulur.

 

“PlayStation 5” konsolunun texniki xüsusiyyətləri rəsmən martda açıqlanıb. 3500 meqahers takt tezlikli “AMD Zen 2” prosessoru üzərində qurulan konsol 10,28 teraflops gücündə “AMD RDNA 2” videokartı və 16 giqabaytlıq “GDDR6” operativ yaddaşı ilə təchiz olunub. Yeni nəsil qurğu saniyədə 5,5-9 giqabaytadək buraxılış qabiliyyətinə malik 825 giqabayt tutumlu “SSD” toplayıcısına malikdir. “PlayStation” layihəsinin baş mühəndisi Mark Serninin sözlərinə görə, “SSD” sayəsində konsol iki giqabayt tutumlu məlumatı 25 saniyəyə yükləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024