12px13px15px17px
Tarix:18/09/20

“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

"Strategy Analytics" tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək "Əşyalar interneti (IoT)" üçün daxili SİM kartların (eSIM texnologiyası) satış həcmi 2020-ci illə müqayisədə 2 dəfə artaraq 326 milyona yaxınlaşacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "eSIM" texnologiyasına malik qurğunun istifadəçisi telefon nömrəsi və tarif planı satın almaq üçün seçilmiş mobil operatorun mobil tətbiqini yükləməli və ya onun QR kodunu skan etməlidir. Texnologiya, həmçinin müxtəlif operatorlar arasında ani keçid etməyə imkan verir, buna görə kartları fiziki dəyişdirməyə ehtiyac yoxdur.

 

"Strategy Analytics" şirkətinin analitikləri "Əşyalar interneti" bazarında texnologiyanın populyarlığının artmasını belə izah edirlər ki, o, fiziki deyil, virtual SİM kartlardan istifadə etməyə imkan verir. Bu vacib məsələdir, çünki "IoT" avadanlığa (məsələn, avtomobil və tibbi sistemlərdə) giriş çox vaxt çətin olur.

 

Emil Hüseynov





Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024