12px13px15px17px
Tarix:21/09/20

Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dollar sərmayə yatırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məhz 2016-cı ildə Çin hakimiyyəti süni intellekt sistemlərinin prioritet inkişaf planına daxil edilməsini bəyan edib. O vaxtdan bu sahədə ixtisaslaşan gənc şirkətlər 30 milyard dollara yaxın investisiya cəlb ediblər. Müqayisə üçün qeyd edək ki, 1998-2020-ci illərdə ölkədə bu fəaliyyət istiqaməti 35 milyard dollar cəlb etməyə nail olub. Beləliklə, süni intellekt sahəsində Çin startaplarının əldə etdiyi vəsaitlərin 86 faizi məhz son dörd ildə cəlb olunub.

 

Bu vəsaitlərin üçdəbir hissəsi Pekində yerləşən şirkətlərin payına düşüb. Burada ölkənin yeni fəaliyyətə başlayan şirkətlərə dəstək olan aparıcı akademik müəssisələri yerləşir. İkinci yerdə investisiyaların həcminə görə Pekindən təxminən 2,5 dəfə geri qalan Şençjen qərarlaşıb. Şanxay isə süni intellekt sahəsinə investorların cəlb edilməsi üzrə liderlər üçlüyünü tamamlayıb. Hazırda Çində 1 milyard dollardan çox potensial kapitallaşmaya malik 100-ə yaxın özəl şirkət fəaliyyət göstərir. Bu şirkətlərin əsas hissəsi süni intellekt sahəsində işləmələrlə əlaqədardır.

 

Növbəti beşillik planına ölkə hakimiyyəti tərəfindən yarımkeçiricilər sektoru üçün maliyyə dəstəyinin daxil edilməsi nəzərdə tutulur. Növbəti onilliyin ortalarınadək Çin ərazisində 7 nanometrlik texnologiya üzrə yarımkeçirici komponentlərinin buraxılışının mənimsənilməsi planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024