12px13px15px17px
Tarix:21/09/20

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilməsi üzrə layihəsində iştirak üçün 770 milyon dollar ayıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, vəsaitlərin əsas hissəsini yeni pilotsuz yük gəmisinin yaradılmasına yatırmaq planaşdırılır. O, 2009-cu ildən yüklərin Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün istifadə olunan mövcud “Kounotori” kosmik gəmisini əvəzləyəcək. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Japan Aerospace eXploration Agency – JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi rekord 2,6 milyard dollar təşkil edir.

 

2019-cu ildə Yaponiya ABŞ Kosmik Agentliyinin (NASA) Ay proqramına qoşulmaq barədə qərar qəbul edib. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi və “NASA” arasında Yerin təbii süni peykinin tədqiqi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Nizam Nuriyev





Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024