“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC davamlı olaraq ölkədə faydalı layihələrin artımı və inkişafı istiqamətində yeniliklərə imza atır.
Bu dəfə qurum BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqinin hazırlanmasına texniki dəstək göstərib. “Azcloud“ bulud infrastrukturu əsasında yaradılmaqda olan “Hydro Heroes” mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirəcək.
Bu mobil tətbiq insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə imkan verir, eyni zamanda suyun qənaətlə istifadəsi haqda faydalı məlumatlarla təmin edir.
Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq bir il müddətinə təqdim edir.
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet