12px13px15px17px
Tarix:23/09/20

Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi yeniləməsini ləğv edib. Bu barədə korporasiyanın bəyanatına istinadən “Windows Latest” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Microsoft” tərəfindən “KB4559309” sistem yeniləməsinin “KB4576754” ilə əvəzlənməsi barədə qərar qəbul edilib. Yeni sistem yeniləməsi də məcburidir və köhnəlmiş “Internet Explorer” brauzerini “Edge” ilə əvəzləyir. “Windows” texniki dəstək mütəxəssisinin sözlərinə görə, bu sistem yeniləməsi əvvəllər buraxılan “KB4541301”, “KB4541302” və “KB4559309” yeniləmələrini əvəzləyəcək.

 

Yeniləmə sənədlərinə görə, “KB4576754” avtomatik yükləniləcək – onun yüklənilməsi üçün istifadəçinin iştirakı tələb olunmur. Korporasiya nümayəndələri qeyd edib ki, hazırda onlar “KB4576754” yeniləməsi ilə əlaqədar nasazlıqlar barədə məlumata malik deyillər.

 

Bir müddət əvvəl “Microsoft” yaz yeniləmələrindən birində problemin olduğunu etiraf edib. Mütəxəssislər vurğulayıb ki, korporasiya yeniləmənin quraşdırılmasını dayandırıb və istifadəçilərdən onun səbəb olduğu problemlər barədə informasiya toplayır. İyunun sonunda “Windows 10” istifadəçiləri kompüterlərin yüklənmə vaxtının artmasına və oyunlarda ekranda göstərilən kadrların saniyə sayının azalmasına səbəb olan “KB4559309” yeniləməsindən şikayətləniblər.

 

Nizam Nuriyev





Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024