“Qualcomm” şirkəti smartfonlar üçün səs azaldıcı xüsusiyyətə malik “Snapdragon 750G” çipini nümayiş etdirib
"Qualcomm" şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş etdirib. "Snapdragon 750G" prosessoru ilə təchiz edilmiş cihazlar 2020-ci ilin sonunadək satışa çıxarılacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, çipsetə güclü süni intellekt alqoritmləri sistemi quraşdırılıb. Bunun sayəsində ətrafdakı səs-küyü ayırd etmək mümkündür. "Qualcomm" şirkətinin nümayəndəsi bildirib ki, süni intellekt inşaatdakı səs-küyü, it hürməsini və ya uşaq ağlamasını ayırd edərək onların səsini azalda bilir.
Çipset yeni "Adreno 619" videosürətləndiricisi ilə təchiz edilib ki, bu da "Snapdragon 730G" ilə müqayisədə oyunlarda məhsuldarlığı 10% artıracaq. Platforma "mmWave" yüksəksürətli standartı daxil olmaqla beşinci nəsil şəbəkələrində işləyir. "Snapdragon 750G" çipi sayəsində orta sinif smartfonlarında yeni "Wi-Fi 6" və "Qualcomm Quick Charge 4 " sürətli enerjidoldurma texnologiyası əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet