12px13px15px17px
Tarix:23/09/20

Yeni “iPhone” smartfonlarının adı açıqlanıb

Aktual "Apple" seriyalı smartfonun əsas versiyası "iPhone 12 mini" adlanacaq. Bu barədə "MacRumors" nəşrinin "L0vetodream" blogerinə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, bloger tərəfindən yeni nəsil "iPhone" seriyalı qurğuların adları onun "Twitter" hesabında dərc olunub. Onun versiyasına görə, qabaqcıl seriyalı kiçik model ən kompakt qabaritlərə və 5,4 düym diaqonallı ekrana malik olması səbəbindən "iPhone 12 mini" adlanacaq. Məlumata görə, 6,7 düymlük böyük model "iPhone 12 Pro Max", 6,1 düymlük digər iki qurğu isə müvafiq olaraq "iPhone 12" və "iPhone 12 Pro" adlanacaq.

 

Jurnalistlər xatırladıb ki, "iPhone" smartfonlarının adında "Pro" prefiksi 2019-cu ildə seriya buraxıldıqdan sonra göstərilməyə başlayıb. Bununla yanaşı, "mini" prefiksi smartfonlar üçün deyil, digər kompakt qurğular – "iPad mini", "Mac mini" və "iPod mini" üçün istifadə olunub. Bütün qeyd olunan qurğular nisbətən kiçik qabaritlərə və ucuz qiymətə malik olublar.

 

Nizam Nuriyev





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024