“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib (VİDEO)
Avropanın "Airbus" konserni "ZEROe" layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərnişin təyyarələrinin hazırlanması ilə məşğul olmağa başlayıb. Bu barədə konsernin saytında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "ZEROe" layihəsi üç uçuş aparatının yaradılmasını nəzərdə tutur. Onların ikisi turboventilyatorlu və turbovintli mühərrikə malik ənənəvi təyyarədir. "Qatışıq qanad" sxemi üzrə hazırlanacaq üçüncü təyyarə isə turboventilyatorlu mühərriklə təchiz olunacaq.
"Airbus" nümayəndələrinin sözlərinə görə, hidrogenlə işləməyə uyğunlaşdırılan turboventilyatorlu mühərrikə malik təyyarələr 200-dək sərnişin daşıya biləcək, uçuş məsafəsi isə 3,7 min kilometrədək təşkil edəcək. Bu göstərici turbovintli təyyarələr üçün 100 sərnişin və 1,8 min olacaq. Belə təyyarələrin istismarına 2035-ci ildə başlamaq planlaşdırılır. Lakin bunun üçün hidrogen təyyarələrin doldurulması və xidmətin göstərilməsi imkanının təmini məqsədilə aeroportlarda infrastrukturun modifikasiyalaşdırılması tələb olunacaq.
Xatırladaq ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (IATA) tərəfindən bir müddət əvvəl ekoloji tövsiyələr təsdiqlənib. Onlara əsasən, aviaşirkətlər karbon qazı tullantılarının səviyyəsini 2020-ci il səviyyəsində saxlamalı, 2050-ci ilədək isə zərərli maddə tullantılarının həcmini 2005-ci il səviyyəsi ilə müqayisədə 2 dəfə azaltmalıdır. Bir sıra aviaşirkətlər tullantıları 2050-ci ilədək sıfırlamaq niyyətindədir.
Nizam Nuriyev
Baxış sayı: 740
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet