12px13px15px17px
Tarix:23/09/20

“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google”un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə internetdə yayılıb. “WinFuture” nəşri insayder informasiyasına istinad edərək “Google Pixel 5” cihazının texniki xüsusiyyətləri haqqında dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Pixel 5” aparatı “Snapdragon 765G” prosessoru ilə təchiz edilib və beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyəcək. 8 QB əməli yaddaş, 128 QB daxili yaddaşa malikdir.

 

2340x1080 piksel təsvir ölçülü 6 düymlük OLED displeylə təchiz edilmiş “Pixel 5” smartfonu təsviri 90 hers tezlikdə yeniləyə biləcək, 8 mp-lik ön kamera isə matrisə yerləşdirilib. Əsas kamera modulu iki sensora malikdir – 12,2 mp-lik əsas və 16 mp-lik super genişbucaqlı. Smartfon sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4080 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024