“LG” orta büdcəli iki smartfonunu təqdim edib
“LG” şirkəti eyni anda ortabüdcəli “K62” və “K52” smartfonlarını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “LG K62” smartfonu tərəflər nisbəti 20:9 və təsvir ölçüsü FULL HD olan 6,6 düymlük IPS ekran və 28 mp-lik selfi modul üçün kiçik dəliyə malikdir. Smartfonun arxa kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 115 dərəcə baxış bucağına malik 5 mp-lik super genişbucaqlı obyektiv, makroçəkiliş (2 mp) üçün modul və dərinlik sensoru.
Aparat 2,3 QHs takt tezlikli 8 nüvəli prosessor, 4 QB əməli yaddaş və 128 QB daşıyıcı (daxili yaddaşı artırmaq üçün “microSD” yaddaş kartından istifadə mümkündür) ilə təchiz edilib.
“LG K62” aparatında təhlükəsizlik üçün barmaq izləri skaneri quraşdırılıb. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon “Android 10” versiyasının idarəetməsi altında işləyir. Yenilik, həmçinin “MIL-STD-810G” hərbi standartının tələblərinə uyğun olan möhkəm korpusa malikdir.
“LG K52” aparatı isə “Full HD” təsvir ölçülü 6,6 düymlük displey, 13 mp-lik ön kamera və 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, smartfon 4 QB əməli yaddaş və “microSD” yaddaş kartını dəstəkləyən 64 QB daxili yaddaşa malikdir. Qurğunun başqa xüsusiyyətləri böyük modellə eynidir.
Emil Hüseynov
Baxış sayı: 495
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet