“Samsung” şirkəti “Galaxy S20 FE” smartfonunu nümayiş etdirib
“Samsung Electronics” şirkəti mövcud qabaqcıl modellərin sadələşdirilmiş versiyası olan “Galaxy S20 Fan Edition” (FE) smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Galaxy S20 FE” smartfonu 32 mp-lik ön kameraya malik 6,5 düymlük displeylə təchiz edilib. Ekran təsviri 120 hers tezlikdə yeniləmək imkanına malikdir. Kamera bloku üç sensordan ibarətdir – optik sabitləşmə sisteminə malik 12 mp-lik, eyni təsvir ölçülü olduqca genişbucaqlı obyektiv və 8 mp-lik üçqat optik zuma malik telefotokamera.
Çipset 7 nanometrlik texnoloji proses üzrə hazırlanıb və 2,7 QHs maksimal tezlikdə işləyir. 6 QB əməli yaddaş və 128 QB daxili yaddaş quraşdırılıb. Sonuncu “microSD” yaddaş kartının köməyi ilə artırıla bilər.
Yeni smartfon başqa cihazları da enerji ilə yükləyə bilən simsiz enerjidoldurma qurğusuna malikdir. Akkumulyatorun tutumu 4500 milliamper/saatdır.
Oktyabrın 9-da “Galaxy S20 FE” smartfonunun satışına başlanılacaq.
Emil Hüseynov
Baxış sayı: 537
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet