“Mini LED” ekranlı və “5G” dəstəkli “Xiaomi” televizoru nümayiş olunub
“Xiaomi” şirkəti yeni nəsil qabaqcıl “Mi TV Master Extreme Edition” televizorunu rəsmən nümayiş etdirib. Premium model mütərəqqi “Mini LED” texnologiyası üzərində qurulan böyük “8K” ekranı ilə təchiz ediləcək. Beləliklə, şirkət “OLED” ilə müqayisədə görüntünün keyfiyyət və kontrastlığını xeyli artırmağa nail olub.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Mini LED” displeylərinin qeyri-adiliyi onların konstruksiyasında “OLED” və “IPS” ekranları ilə müqayisədə daha yaxşı rəngvermə və kontrastlığı təmin edən xüsusi submillimetr işıq saçan diodlardan istifadənin nəzərdə tutulmasındadır. Bundan başqa, “Mini LED” ekranlar “OLED”dən 20-30 faiz az enerji sərf edir və daha geniş temperatur diapazonunda işləyir.
“Mi TV Master Extreme Commemorative Edition Xiaomi” televizorunun diaqonal ölçüsü açıqlanmasa da, onun “8K” təsvir ölçüsünü dəstəkləyəcəyi, eləcə də “Wi-Fi” və ya “Ethernet” qoşulması olmadan kontentin translyasiyası üçün “5G” modemlə təchiz ediləcəyi bildirilir.
Yeni televizorun təqdimatı sentyabrın 29-na planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 452
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet