“Android TV 11” əməliyyat sistemi təqdim edilib
“Google” şirkəti “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən televizorlar üçün “Android 11” əməliyyat sistemini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeniliklərin əsas hissəsi multimedia imkanlarına aiddir. Belə ki, yeni “Android TV” versiyası ilə işləyən qurğular “ALLM” funksiyasını (avtomatik aşağı yubanma rejimi), eləcə də multimedia kontentinin aşağı yubanma ilə dekodlaşdırılmasını dəstəkləyəcək.
Bundan əlavə, televizorlarda “Stadia” “bulud” oyun servisi funksiyaları yenilənib. Oyun kontrollerlərinin dəstəyi genişləndirilərək onların siyahısına “Nintendo Switch Pro” (USB və Bluetooth vasitəsilə qoşulma) və “Steam” (yalnız USB ilə qoşulma) aksesuarı əlavə olunub.
“Android TV 11” sisteminə tərtibatçılara proqramları qurğularda tez sınaqdan keçirməyə imkan verən yeni rejim, eləcə də əməliyyat sisteminin smartfonlar üçün versiyasında yer alan bir sıra əsas “Android 11” funksiyaları (yaddaşın daha yaxşı idarə olunması və genişləndirilmiş məxfilik funksiyaları) quraşdırılıb.
“Android TV” televizor istehsalçıları tərəfindən “Android 11” sistemli yeni qurğuların yaxın aylarda təqdim ediləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet